ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev UAESEB və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Sentyabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları səmimi salamlayan A.Paşayev bildirib ki, ATİAHİ Respublika Komitəsi ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu beynəlxalq təşkilatlardan biri də türkdilli ölkələrdə təhsil üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarını birləşdirən Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyidir. Eyni zamanda ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasında da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əlaqələr mövcuddur. Öz növbəsində Talip Geylan səmimi qəbula görə təşəkkürünü bildirib və A.Paşayevi ATİAHİ Respublika Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib. Sonra Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin gələcək fəaliyyəti, ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasındakı əməkdaşlığın daha da genişləndiriləməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 3.ATİHA.jpg 469.75 KB1.ATİHA.jpg 601.81 KB4.ATİHA.jpg 514.01 KB2ATİHA.jpg 593.11 KB
20.09.2024
Şəhid övladları pulsuz məktəbli formaları ilə təmin olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidlərinin məktəbli övladları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən pulsuz məktəbli formaları ilə təmin olunub. 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar məktəblilərə formalar və digər zəruri məmulatlar təqdim edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə irəli sürülmüş bu təşəbbüsdən orta təhsil müəssisələrində təhsil alan 920 nəfərdən artıq şəhid övladı olan məktəbli yararlanıb.
13.09.2024
Təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladları mükafatlandırılacaq
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ilin ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarını mükafatlandıracaq. ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına uyğun olaraq, qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarının hər birinə 200 (iki yüz) manat məbləğində pul mükafatı veriləcək. Qeyd edək ki, 2024-cü ilin ali məktəblərə qəbul imtahanlarında ümumilikdə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 463 nəfəri həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarıdır.
12.09.2024
ATİAHİ Respublika Komitəsinin katibi Elşad Novruzov Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında iştirak edib
Sentyabrın 10-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.Tədbirdən əvvəl şagirdlərin əl işlərindən ibarət sərgiyə, onların idman nailiyyətlərinə, məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları səhnəcik və çıxışlara baxış keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, regionun ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsildə təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində ölkədə aparılan uğurlu islahatlardan danışıb. Vəfa Yaqublu çıxışının sonunda təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev 2023-2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov çıxış edərək təhsil işçilərinə uğurlar arzulayıb.Daha sonra hesabatla çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində yaradılmış təhsil mühitindən, müəllimlərin peşəkar inkişafının artırılması istiqamətində idarə tərəfindən atılan addımlardan, şagird nailiyyətləri, respublika fənn olimpiadaları, IX və XI siniflərdə buraxılış imtahanlarının region üzrə nəticələri, məktəbəqədər və ümumi təhsil üzrə statistik məlumatlar, təhsil müəssisələrində aparılmış təmir-tikinti işlərindən danışıb.Sonda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.459267774_594308773358695_1300451062040761484_n.jpg 57.12 KB459051994_594309420025297_7776665819519804007_n.jpg 68.37 KB459394565_594309096691996_4560301340584798958_n.jpg 82.15 KB459103736_594309040025335_2422253825777341082_n.jpg 109.03 KB
10.09.2024
Bizimlə əlaqə